Accessibility links

Makedoniyada ölkənin adının dəyişdirilməsi ilə bağlı referendum keçirilir


Makedoniyada ölkənin adının dəyişdirilməsi ilə bağlı referendum keçirilir.

Seçicilər bu gün Yunanıstanla əldə edilmiş razılaşmaya münasibət bildirməlidir.

Həmin razılaşmaya əsasən Makedoniyanın adı bundan sonra “Şimali Makedoniya” olmalıdır.

Parlament Yunanıstanla əldə edilmiş razılaşmanı təsdiqləsə də, müxalifət partiyalarını təmsil edən ölkə prezidenti Georgi İvanov buna qarşı çıxır.

O, ötən cümə axşamı BMT-nin Baş Assambleyasında çıxış edərkən seçiciləri müxalifət partiyaları kimi referendumu boykot etməyə çağırıb.

Afina Makedoniya adının şimal əyalətinə aid olduğunu təkid edir və bildirir ki, bu addan istifadə Skopyenin Yunanıstan əyalətinə iddiasını əks etdirir.

Referendumu boykot edən bir sıra müxalifət qüvvələri Rusiyapərəstdirlər.

Rusiya NATO-nun genişlənməsinə qarşıdır.

XS
SM
MD
LG