Dörd ay bundan oncə zindandan azadliga buraxilmiş milli fəal Məcid Xoşəxtər Amerikanın Səsinə müsahibədə Təbriz həbsxanasında üzləşdiyi şərait haqda danışıb.
Hazırda Türkiyədə siyasi sığınacaq tapmış cənab Xoşəxtər İranın ali dini lideri Ayətullah Əli Xameneyi əleyhinə məqalə yazmaqda və İran dövlətin qarşı təbliğat aparmaqda ittiham olunmuşdu.
İlk öncə İranın xüsusi xidmət orqanı olan Ettealatda, daha sonra isə Təbriz məhbəsində doqquz ay qalmış milli fəal İran Azərbaycanında həbs olunan siyasi xadimlərin “cismi və ruhi işgəncələrə” məruz qaldığını deyir.
"Ailəmin qarşısında məni həbs edərkən təhqir etdilər, vurdular. Ondan sonra Ettealat idarəsində də məni xeyli döydülər. Adətən gözübağlı şəkildə dindirilir, arxadan, bədənin müxtəlif nahiyələrindən vurulurdum,” deyə Xoşəxtər İslam Respublikasında həbs prosesini izah edir.
Onun sözlərinə görə siyasi məhbuslar bir qayda olaraq narkomanlarla bir kameraya qoyulur və burada ikən onlar müxtəlif xəstəliklərə yoluxmaq təhlükəsi ilə üzləşirlər.
“Acınacaqlı həbsxana şəraitində hər 50 adama 1 natəmiz ayaqyolu düşür. Yemək yeyiləsi deyil. Həbsxana müdirləri restoran işlədir və məhbusları öz restoranlarından yemək sifariş etməyə məcbur edirlər,” deyə Məcid Xoşəxtər bildirir.

Ailəmin qarşısında məni həbs edərkən təhqir etdilər, vurdular. Ondan sonra Ettealat idarəsində də məni xeyli döydülər. Adətən gözübağlı şəkildə dindirilir, arxadan, bədənin müxtəlif nahiyələrindən vurulurdum