Accessibility links

Məhsa Əmininin ailəsinin Avropa İttifaqının Saxarov Mükafatını qəbul etmək üçün İranı tərk etməsinə qadağa qoyulub


Polisin nəzarətində ikən həyatını itirən iranlı kürd qadın Məhsa Əminin ailəsinin onun ölümündən sonra ona verilən mükafatı almaq üçün Fransaya səfər etmələri qadağan edilib. Bu barədə şənbə günü onların vəkili məlumat verib.

Əmini 2022-ci ilin sentyabrın 16-da İranın dini polisi tərəfindən iddia olunan görə, İslam Respublikasının qadınlar üçün geyim kodunu pozduğuna görə saxlanılandan sonra ölüb.

Ailəsi və tərəfdarları onun öldürüldüyünü deyir. İran rəsmiləri onun nəzarətdə ikən daha önxə açıqlanmayan sağlamlıq problemindən öldüyünü iddia edir.

Oktyabr ayında Avropa İttifaqı ona və onun ölümünə səbəb olan qlobal hərəkata ən yüksək hüquq mükafatı olan Saxarov mükafatına layiq görüb.

Şənbə günü ailəsinin Fransada olan vəkili Şirin Ərdəkani AFP-yə bildirib ki, Əminin valideynləri və qardaşının “onları Saxarov Mükafatının təqdimetmə mərasimi üçün Fransaya aparacaq təyyarəyə minmələrinin qarşısını alıb.”

O deyib ki, ailənin keçərli vizalarının olmasına baxmayaraq, İranı tərk etmələri qadağan, pasportları isə konfiskasiya edilib.

Ərdəkani deyib ki, İran rəsmiləri “qurbanlarının ailələrinin beynəlxalq ictimaiyyətlə danışmasının qarşısını almaq üçün heç vaxt bu qədər səfərbər olmayıb.”

Məhsa Əminin ölümü İranda kütləvi etiraz dalğasına səbəb olmuşdu.

O həmçinin İranda bütün qadınlara tətbiq olunan baş örtüyü tələbinə və Tehranda ruhanilərin başçılıq etdiyi hökumətə son qoyulmasına çağıran “Qadın, Həyat, Azadlıq” adı altında qlobal hərəkatın yaranmasına gətirib çıxarmışdı.

İranın təhlükəsizlik qüvvələri ölkə daxilində etirazçıları təqib etmiş, yüzlərlə insanı öldürüb, onlarlasını rəsmilərin “iğtişaş” adlandırdığı tədbirlərdə iştirak etdiyinə görə edam edib.

“Qadın, Həyat, Azadlıq” kampaniyası dünya boyu şəhərlərdə davam edir və tez-tez Əminin şəklinin də nümayiş etdirildiyi aksiyalar keçirilir.

50 min avro ianə ilə gələn Saxarov mükafatı dekabrın 13-də Avropa Parlamentində təqdim edilməli idi.

Forum

XS
SM
MD
LG