Accessibility links

Güneyli dil haqları fəalı: Qanun çərçivəsində mübarizəyə davam edəcəyik [Audio]


“Keçən il həbs edildiyimiz zaman bizi icazəsiz təşkil olunmuş tədbirə qatılmaqda suçlamışdılar, bu il isə biz icazə istədik, onlar vermədi.” Bu sözləri 2014 ilində Dünya Ana Dili Günü tədbirlərinə qatıldığı üçün həbs edilmiş güneyli fəal Mahmud Ocaqlı Amerikanın Səsi ilə müsahibədə deyərək, bu il ana dili günüdə baş verənləri təsvir edib.

Mahmud Ocaqlı: Hər zaman bir işıq axtarırıq
please wait

No media source currently available

0:00 0:17:31 0:00

Ocaqlının dediklərinə görə, bir qrup fəal 2015 Dünya Ana Dili Günündə tədbir keçirməyə icazə almaq üçün iki ay öncədən fəaliyyətə başladılar. Onlar, öncə imza kampaniyası təşkil edib sonra həmin imzalarla bərabər dövlət orqanları o cümlədən, valiliklər və qubernatorluqlara müraciət etdilər.

Tehranda yaşayan türk dil haqları müdafiəçisinin sözlərinə görə, müraciət edən fəallar ilk mərhələdə ümid verici cavab alıblar:

Tehran vilayətinin Təhlükəsizlik Şurası (Təmin) müraciət edən fəallardan tədbirin keçiriləcəyi məkanın müəyyənləşdirilməsi, habelə məruzəçilərin siyahısını istədi. Şuranın istədikləri yerinə yetirildi, ancaq onlar bu gün yox sabah deyərək işi yubandırıb və fevralın 21-də icazə verməyəcəklərini bildirdilər. Sonra da təəsüflə Əlirza Fərşi bəyin öz evində həbs edildiyini eşitdik.
Mahmud Ocaqlı

“Tehran vilayətinin Təhlükəsizlik Şurası (Təmin) müraciət edən fəallardan tədbirin keçiriləcəyi məkanın müəyyənləşdirilməsi, habelə məruzəçilərin siyahısını istədi. Şuranın istədikləri yerinə yetirildi, ancaq onlar bu gün yox sabah deyərək işi yubandırıb və fevralın 21-də icazə verməyəcəklərini bildirdilər. Sonra da təəsüflə Əlirza Fərşi bəyin öz evində həbs edildiyini eşitdik.”

O, Əlirza Fərşinin xüsusilə tədbiri keçirməyə icazə tələbinə dair təşkil olan imza kampaniyasında əsas rol oynadığını deyir.

Bir il öncə ana dili günü tədbirlərinə qatıldığı üçün nəzarət altına alınıb təqribən 3 ay Tehranın Evin həbsxanasında saxlanılan Mahmud Ocaqlı özü və digər fəalların tutulma, həbs və mühakimə prosesi ilə bağlı Amerikanın Səsinə ətraflı məlumat verir.

O, şənlik şəklində keçirilən tədbirə qatılan fəalların qanunsuz olaraq həbs edildiyini bildirir:

“Məmurlar qanunsuz şəkildə və məhkəmə əmri olmadan içəri girib evdəki insanlardan film çəkdilər, uşaqlar və qadınları qorxudaraq törəni dağıdıb və bir sıra yoldaşları tutub apardılar.”

Əlirza Fərşi və Aydın Zakiri Dünya Ana Dili Günündə həbs ediliblər
Əlirza Fərşi və Aydın Zakiri Dünya Ana Dili Günündə həbs ediliblər

Güneyli bloggerin dediklərinə görə, məmurlar çəkdikləri filmi gözdən keçirib, onu və və bir sıra digər fəalı bir neçə gün sonra nəzarət altına alıblar.

Mahmud Ocaqlı həbs müddətində vəkillə təmin edilmədən təkadamlıq kamerada saxlanılıb və müxtəlif basqılara məruz qaldıqdan sonra ağır zəmanətlə müvəqqəti sərbəst buraxıldığını deyir.

Bir il keçsə də, Ocaqlı və onunla bərabər zəmanət qarşılığında buraxılan fəalların məhkəməsi hələ təşkil olmayıb. “Bizi yüksək məbləğli zəmanətlə buraxıblar və bir ildən artıqdır asılı vəziyyətdə qalmışıq,” deyə o, durumla bağlı narahatlığını ifadə edir.

“Mən ana dili günündə tədbir keçirməyə icazə verəcəklərini ümid edirdim,” deyə güneyli fəal prezident Həsən Ruhaninin seçki kampaniyalarında vermiş olduğu vədləri nəzərə alaraq söyləyir:

“Biz ümidimizi kəsmirik. Hər zaman bir işıq axtarırıq. Həsən Ruhani gəldiyi zaman ümid şüarı ilə gəldi... Keçən il tutulduğumuzda məmurlar nədən icazə almadığınızı sorurdular... Buna görə də bizlər düşündük ki, müraciət etsək qəbul edərlər.”

O, baş verənlərə baxmayaraq yenə də ümidlə fəaliyyətlərinə qanun çərçivəsində davam edəcəyini deyir: “İndi də umudluyuq biz. Nə olursa olsun, biz qanun çərçivəsində mübarizəmizə və çalışmağa davam edəcəyik.”

XS
SM
MD
LG