Accessibility links

Mahmud Əhmədinejadla dindar qurum arasında siyasi gərginlik artır


Mahmud Əhmədinejadla dindar qurum arasında siyasi gərginlik artır
Mahmud Əhmədinejadla dindar qurum arasında siyasi gərginlik artır

İran prezidenti Mahmud Əhmədinejad korrupsiya ittihamı ilə hökumət üzvlərinin həbs edilməməsinə çağırıb. Əhmədinejad deyib ki, həbslər siyasi motivlərə əsaslanır və bu, hökumətin təzyiq altına salınması deməkdir. İranın dövlət başçısının çağırışı sabiq xarici işlər nazirinin müavini Məhəmməd Şərif Malekzadı və digər iki rəsminin korrupsiya ittihamı ilə nəzarət altına alınmasından bir həftə sonra səslənir. Həbslər Mahmud Əhmədinejadla dindar qurum arasında ölkənin gələcəyi ilə bağlı siyasi gərginliyi daha da artırıb. İranın Mehr xəbər agentliyinin bildirdiyinə görə, qanunvericilər Əhmədinejadı idman naziri vəzifəsinə nominasiya və Tehran metrosunun inşasına dair parlamentin təsdiq etdiyi məsrəf planının gecikdirilməsinə görə ifadə verməyə çağırıb.

XS
SM
MD
LG