İran prezidenti Mahmud Əhmədinejad iqtisadi bacarıqsızlıq və və ali ruhani rəhbəri Ayətulla Əli Xameneyiyə məğlub olması ilə bağlı qanunveriçilərin suallarını cavablandırarkən vəzifə müddətindəki fəaliyyətlərini müdafiə edib. Prezidentin siyasəti ilə bağlı ilk belə bir sorğu-sual radio ilə canlı yayımlanıb.
Qanunverici Əli Mötəhari dinləməni prezidentə ünvanlanan 10 sualla açıq elan edib. O, prezidentin yüksək səviyyəli inflyasiya, Tehranın metro sisteminin maliyyələşdirilməsi kimi məsələlərə izahat verməsini tələb edib.
Əhmədinejad inflyasiyanın hökumətin 2010-cu ildə ərzaq və yanacaq subsidiyalarını ixtisar etməsi ilə heç bir əlaqəsi olmadığını deyib. İranın dövlət başçısı 11 gün işə çıxmamasının səbəbi kimi dostlarının ona dincəlmək məsləhəti verdiyi ilə izah edib.
Əhmədinejadın mühafizəkar tənqidçiləri bu ayın əvvəllərində parlament seçkilərində böyük əksəriyyətlə qələbə əldə etmişdi.