İran prezidenti Mahmud Əhmədinejad ABŞ-ı Tehranla Səudiyyə Ərəbistanı arasında əlaqələri korlamaq üçün İrana qarşı saxta iddialar irəli sürməkdə ittiham edib.
Əl-Cəzirə telekanalına müsahibəsində cənab Əhmədinejad bildirib ki, ABŞ İranı ittiham etməklə heç nə qazanmayacaq və bu iddialar diqqətlərin ABŞ-ın iqtisadi problemlərindən yayındırılmasına xidmət edir.
“Onlar iranlıların düşmənləridir. Əgər onlar düşünür ki, Şah dövrü geri qayıdır, onlar yanılır. Böyük səhvdir. Bu, geri qayıtmayacaq. İran azaddır, müstəqil dövlətdir. İranın tərəfində olmaq ABŞ-ın da maraqlarına xidmət edər. 32 ildir ki, ABŞ İranın düşmənidir”-deyə o bildirib.
O, İslam Respublikası ilə Vaşinqton arasında hərbi qarşıdurmanı istisna edib.