İran dövlət başçısı ABŞ prezidenti Barak Obamanın yeni nüvə planını sərt tənqid edib. Prezident Mahmud Əhmədinejad bu gün deyib ki, cənab Obama İranın nüvə fəaliyyətləri barədə lənətə gəlmiş hərəkətlər edə bilməz və yeni siyasət onun lider kimi təcrübəsiz olduğunu göstərir. Cənab Obamanın dünən açıqlanan yeni strategiyası İran və Şimali Koreya istisna olunmaqla nüvəsiz ölkələrə qarşı nüvə silahından istifadə etməməyi vəd edir. Birləşmiş Ştatlar və dünyanın başqa qüdrətləri İranın gizli olaraq nüvə silahı əldə etməyə çalışdığına inanır. Rəsmi Tehran isə bu iddiaları rədd edir. ABŞ habelə BMT Təhlükəsizlik Şurasının İrana 4-cü paket sanksiyalar tətbiq etməsinə çalışır.
İran prezidentinin sözlərinə görə, yeni siyasət BArak Obamanın lider kimi təcrübəsiz olduğunu göstərir