Accessibility links

Maduronun əsgərləri Braziliya ilə sərhəddə bir etirazçını öldürdü


Braziliya ilə sərhəddə Venesuela təhlükəsizik qüvvələri ilə toqquşmalar nəticəsində azı bir mülki vətəndaş həlak olub.

Yerli aborigen icmasının üzvlərinin qatıldğı insident Kumarakapay qəsəbəsi yaxınlığında baş verib. Yerli rəsmi ölən şəxsin Zorayda Rodriquez olduğunu bildirib.

ABŞ-dan qaynaqlanan tonlarla ərzaq, tibbi yardım və başqa ləvazimatlar sərhəd körpüsünün Kolumbiyaya aid hissəsində ilişib qalıb.

Pemon etnik icmasının üzvləri Braziliya ilə sərhədə tanklarla gələn Venesuela Milli Qvardiyasının əsgərləri ilə toqquşublar.

Şəhər meri Emilio Qonzalez deyib ki, əsgərlər mülki vətəndaşlara rezin güllələrlə atəş açmış və gözyaşardıcı qazdan istifadə etmişlər.

Cümə axşamı Venesuelanın mübahisəli prezidenti Nikolas Maduro Braziliya ilə sərhədləri bağladığını elan edərək, oxşar addımların Kolumbiyaya qarşı atılacağına dair xəbərdarlıqla çıxış edib.

Məqsəd ölkəyə xarici humanitar yardımı dayandırmaqdır.

Nəhəng xalq etirazlarına və beynəlxalq təzyiqlərə baxmayaraq Nikolas Maduro humanitar yardımları qəbul etməkdən imtina edir.
Nəhəng xalq etirazlarına və beynəlxalq təzyiqlərə baxmayaraq Nikolas Maduro humanitar yardımları qəbul etməkdən imtina edir.

Maduro Venesuela əsgərlərini bir neçə sərhəd-keçid məntəqəsəinə göndərib.

Əsasən ABŞ-dan qaynaqlanan tonlarla ərzaq, tibbi yardım və başqa ləvazimatlar sərhəd körpüsünün Kolumbiyaya aid hissəsində ilişib qalıb.

Maduro deyir ki, venesuelalılar "dilənçilər milləti" deyil və humanitar yardımı rədd edir.

Maduronun hökuməti yardıma ABŞ hərbi müdaxiləsinin başlanğıcı kimi baxır.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG