Venesuelanın mübahisəli prezidenti Nikolas Maduro Donald Trampın Venesuelada “yeni gün” çağırışını rədd edərək, onun tonunu nasist tonu ilə müqayisə edib.
Maduro ABŞ prezidentinin müxalifət lideri və özünü müvəqqəti prezident Xuan Quaydoya dəstək nitqinə etiraz edib. O, Trampın ordunun Quaydonu dəstəkləmək cağırışını da tənqid edib.
"Konstitusiyaya uyğun olaraq, baş ali komandan kimdir? Onlar öz təkəbbürləri və bizə qarşı hörmətsizliyə inanırlar. Onlar ölkəyə sahib olduqlarına inanır və Donald Trump əmr vermək səlahiyyətinə malik olduğunu və Silahlı Qüvvələrin onun əmrlərini yerinə yetirəcəyinə inanır. Bu, ləyaqətə təhqir və utanc deməkdir”- Maduro əlavə edib.
Donald Tramp dünən Venesuela böhranına dair çıxışı zamanı müvəqqəti prezident Xuan Quaydoya dəstəyini bildirib.
ABŞ prezidenti Mayamidə Florida Beynəlxalq Universitetindəki çıxışında “sosializmin təhlükələri”ndən söz açıb.
Xuan Quaydonu dəstəkləyən Vaşinqton ordunu da ona arxa olmağa çağırıb, digər ölkələrin onu ölkənin qanuni lideri kimi tanıması üçün kampaniya aparıb.
Kanada, Aİ və bir sıra region ölkələri Quaydonu, Rusiya, Çin, Türkiyə, İran isə Maduronu dəstəkləyir.
Sosialist prezident Nicolas Maduro hakimiyyətini saxlamağa çalışır.
2013-cü ildə hakimiyyətə gəlmiş Maduro ötən ilin mayında ikinci müddətə prezident seçilib. Müxalifət seçkini boykot edib, seçkilərin pozuntularla keçdiyini bildirib.
Tramp bayram həftə sonunu Floridadadı Uest Palm Biçdəki özəl klubunda kecirib.