Accessibility links

Məcid Araz: Qərbi Azərbaycanda silahli fəaliyyətlər etnik cəmiyyətlər arasında gərginliyə səbəb olur [Audio-Müsahibə]


Məcid Araz
Məcid Araz

Bu yaxınlarda Qərbi Azərbaycan vilayətində PKK-nın İran qanadı olan PJAK və İran sərhədçiləri arasında baş verən qarşıdurmalarda azı üç İran əsgəri öldürülüb. Bu kimi qarşıdurmalarda həlak olan əsgərlər ümumiyyətlə bölgə mənşəli olurlar. Amerikanın Səsinə danışan Urmiyəli fəal Məcid Araz PJAK kimi qrupların silahlı fəaliyyətlərinin bölgədə yaşayan türk və kürd icmaları arasında gərginlik törətdiyini ifadə edir.

Məcid Araz Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:18:54 0:00

“Təbii ki bunlar bölgədə gərginliyə səbəb olur. Yəni türklər ilə yerli kürdlər arasında əlaqələri gərginləşdirir. Biz bunu internet mühitində də rahatlıqla görə bilirik. Eyni zamanda seçkilər və yerli siyasi tədbirlərə də birbaşa təsir göstərir. Misal üçün, Urmiyədə son şura seçkilərində və daha əvvəlki millət vəkili seçkilərində bu tamamən öz təsirini göstərdi. Əlbəttə, burada bir də bütün mexanizmləri əlində tutan İran dövləti faktoru var,” Məcid Araz söyləyir.

Bu terror qruplarının çoxu kürdlərin haqlarını müdafiə etdiklərini iddia edirlər. Lakin bunları kürd xalqı ilə bir tutmamaq lazimdir.
Məcid Araz

Müsahibin fikrincə "bu məsələ sadəcə Qərbi Azərbaycan və Urmiyə ilə bağlı olan bir şey deyil. PKK məsələsi Türkiyə, İraq, Suriya və İranda vardır və beynəlxalq bir məsələyə dönüşüb.”

Araz hesab edir ki, İran İslam Respublikası bölgədə mövcud olan milli hərəkatlar arasındakı güc tarazlığını öz nəzarəti altında saxlamaq məqsədi ilə PKK kimi qruplardan istifadə edir.

Onun dediklərinə görə, “Güney Azərbaycanın türk fəalları bu qənaətdədirlər ki, İranın bölgədə PKK ilə çox geniş və ətraflı işbirliyi var. İranın içində də xüsusilə Qərbi Azərbaycan vilayətində, türk siyasi hərəkatını, yəni Azərbaycan Milli Hərəkatı dediyimiz hərəkatı önləmək və orada bir tarazlıq yaratmaq üçün, İran PJAK kimi terror təşkilatlarını dəstəkləyir.”

PJAK kimi qrupların fəaliyyətləri nəticəsində sosial şəbəkələrdə ortaya çıxan münaqişələrdə bəzən sadəcə siyasi qruplara deyil, etnik cəmiyyətlərə qarşı ifadələr də yer alır.

Qərbi Azərbaycan vilayətində, türk siyasi hərəkatını, yəni Azərbaycan Milli Hərəkatı dediyimiz hərəkatı önləmək və orada bir tarazlıq yaratmaq üçün, İran PJAK kimi terror təşkilatlarını dəstəkləyir.
Məcid Araz

Məcid Araz isə kürd cəmiyyəti ilə PJAK kimi qrupları eyniləşdirməyin doğru olmadığını deyir.

“Əslində bunları kürdlərə bağlamamaq lazimdir. Bu terror qruplarının çoxu kürdlərin haqlarını müdafiə etdiklərini iddia edirlər. [Lakin] bunları kürd xalqı ilə bir tutmamaq lazimdir,” o bəyan edir.

Milli fəallar İranlı siyasi fəallar və farsdilli medianın Qərbi Azərbaycanda cərəyan edən silahlı fəaliyyətlərə dair mövqelərini tənqid edirlər. Türk fəalların idarə etdiyi saytlarda yazılanlara görə, Bəluçistan kimi vilayətlərdə silahlı aktları sərt şəkildə məhkum edən İranlı fəallar Qərbi Azərbaycanda baş verən olaylara laqeyd yanaşırlar.

Məcid Araz bunun İran millətçilərinin “təhdid alğısı” ilə əlaqəli olduğunu önə çəkir: “Onların təpkiləri onların təhdid qavrayışları ilə əlaqəli bir şey olur. Misal üçün bunlar Bəluçdan nə qədər təhdid alğılayırlar, bir də Türk unsurundan nə qədər təhdid alğılayırlar?”

XS
SM
MD
LG