Accessibility links

Alibaba şirkəti ABŞ-da bir milyon iş yeri açmaq planını ləğv edib


Çinin Sinhua xəbər agentliyi bildirib ki, Çinin internet kommersiya nəhəngi olan Alibaba şirkətinin rəhbəri şirkətin ABŞ-da bir milyon iş yeri açmaq planının ləğv edildiyini bildirərək, bu qərara gəlməsinin hazırda gedən ticarət müharibəsi ilə əlaqələndirib.

Cek Ma Sinhua xəbər agentliyinə ABŞ prezidenti Donald Trampa etdiyi vədi tuta bilməyəcəyini deyib. Ona görə ki, hazırkı vəziyyət artıq şirkətin indiki yerini dağıdıb.

Ma əvvəl amerikalı kiçik bizneslər və fermerlərə öz məhsullarını dünyanın ən böyük internet pərakəndə satış şirkəti olan Alibaba vasitəsi ilə satmalarına imkan yaratmaqla iş yerlərini artırmağa yardım edəcəyini vəd etmişdi.

Ma bu həftə iki ölkə arasında iqtisadi münasibətlərin durumunun bərbad olduğunu və bu vəziyyətin nəticəsinin on illərlə davam edə biləcəyini bildirib.

XS
SM
MD
LG