Accessibility links

Sərhədsiz Reportyorlar illik indeksi açıqladı, Azərbaycan 167-ci yerdə qərar tutur


Turan İnformasiya Agentlyinin direktoru Mehman Əliyevin Amerikanın Səsinə müsahibəsi

“Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatı dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksini açıqlayıb.

Hesabatda göstərlir ki, 180 ölkədən 73-də jurnalistika tamamilə və ya xeyli çətinləşib, 59 ölkədə isə məhdudlaşdırılıb.

İndeks informasiya əldə etmək məhdudiyyətlərinin səviyyəsi və xəbərlərin işıqlandırılmasında maneələrlə müəyyən edilir. Araşdırma göstərir ki, dünyada, xüsusən Asiya və Yaxın Şərqdə, eyni zamanda Avropada jurnalistlərin həssas mövzuları araşdırması və işıqlandırması getdikcə daha da çətinləşir, məruzədə bildirilir.

İctimaiyyəti yanıldan yanlış və ya saxta xəbərlər əhəmiyyətli problemə çevrilib.

Ardıcıl olaraq beşinci ildir ki, Norveç birinci yeri tutur, baxmayaraq ki, ölkə kütləvi informasiya vasitələri pandemiya haqqında ictimai məlumat əldə etməyin mümkün olmadığını bildirir. Finlandiya 2-ci yerdə qalıb, İsveç isə (3-cü yer, +1) ötən il Danimarkaya (4-cü yer) güzəştə getdiyi üçüncü yerə qayıdıb. Beləliklə, 2021-ci ilin qiymətləndirməsi mətbuat azadlığının qorunub saxlanması məsələsində “Şimal üstünlüyü” və ya “Skandinaviya modeli” formasını təsdiq edir.

“İndeks”in ən sonunda Türkmənistan (178), Şimali Koreya (179) və Eritreya (180) var. Bu ölkələrdə xəbərlərə və informasiyaya mütləq nəzarət qalmaqdadır. Belə ki, ilk iki ölkə COVİD-19 hadisələri haqqında heç bir məlumat vermir, sonuncu ölkə isə indiyədək 20 il əvvəl həbs edilmiş onlarla jurnalistin aqibətini açıqlamır.

Mətbuat azadlığı göstəriciləri ən əlverişli olan qitələr Avropa və Amerika (Şimali və Cənubi) olaraq qalır.

Rusiya mətbuat azadlığına görə 180 ölkə arasında bir pillə geriləyərək 150-ci yeri tutub. RSF bildirir ki, ölkənin müstəqil mediası aylarla COVID-19 pandemiyasının reallığını göstərmək, hökumətin iddialarını, yanlış rəqəmlərini ifşa etmək üçün mübarizə aparıb.

Azərbaycanda isə ötən il Ermənistanla 44 günlük Qarabağ müharibəsi zamanı internetin məhdudlaşdırılması jurnalistlərin işinə maneələr yaradıb. Azı yeddi jurnalistin xəsarət aldığı, xəbərləmə işinin əngəlləndiyi bildirilir.

Buna baxmayaraq, Azərbaycan indeksdə bir pillə irəli gedərək 167-ci yerə qalxıb, Ermənistan isə 2 pillə geriləyib 63-cü olub. Gürcüstan 60-cı yerdədir.

Azərbaycanın ən yaxın qonşuları Tacikistan (162), İraq (163), Liviya (164), Misir (166) olub.

Azərbaycan Səudiyyə Ərəbistanından (171), Suriyadan (174), Çindən (177) öndə olub.

2002-ci ildən etibarən dərc olunan Mətbuat Azadlığı İndeksi jurnalistlərin müdafiəsi üçün əsas alətdir. Bu, kütləvi informasiya vasitələrinin azadlığı ilə bağlı vəziyyətin, plüralizmin, media azadlığının qiymətləndirilməsinə, qanunvericiliyə və ölkədə jurnalistlərin müdafiə səviyyəsinə əsaslanan sənəddir.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində RSF-nin bu indeksi ilə bağlı Azərbaycana dair hissəsini şərh edib.

Onun fikrincə Azərbaycanın bu indeks üzrə bir pillə irəliləməsi heç nəyi həll etmir. Mehman Əliyev qeyd edir ki, əslində Azərbaycan qeyri-azad ölkələr sırasındadır.

Mehman Əliyev (TİA-direktoru)
Mehman Əliyev (TİA-direktoru)

“Heç nə də dəyişməyib. Həmin sırada qalır. Hesabatda göstərilir ki, azad jurnalistika dezinformasiyaya qarşı ən güclü bir vasitədir. Onun qabağını alan institutdur. Təəssüflər olsun ki, Azərbaycanda belə bir institut yoxdur. Ona görə də Azərbaycanda medianı götürəndə bütün fəaliyyətini və onların hazırladığı məhsulları, əgər plüralizm, obyektivlik balans nöqteyi nəzərindən baxsaq görərik ki, Azərbaycanda media dezinformasiya ilə məşğuldur. Əslində sən balansı saxlamırsansa bir tərəflisənsə fərqi yoxdur hökümətə, müxalifətə işləyirsən. Yəni, sən əgər bu prinsiplərə sadiq deyilsənsə deməli sən dezinformasiya yayırsan. Ona görə də bizdə, dövlət səviyyəsində bu vəziyyət yaranıb. Dövlət siyasəti nəticəsində təəssüflər olsun ki, dezinformasiya problemi bütün dünyada özünü kəskin büruzə verir. Əlbəttə ki, bu vəziyyətdə Azərbaycan lider ölkələr sırasınadır.”

"Bütün dünyada kəskin özünü büruzə verir. Əlbəttə ki, bu vəziyyətdə Azərbaycan lider ölkələr sırasınadır.”

O, hesabatda qeyd edilən Azərbaycanda Ermənistanla 44 günlük Qarabağ müharibəsi zamanı internetin məhdudlaşdırılması, jurnalistlərin işinə maneələr yaradılmasına da toxunub.

Azərbaycanda internetin azad olduğunu demək mümkündürmü? Müharibə zamanı medianın, xüsusilə azad medianın fəaliyyətinə qoyulan məhdudiyyətlər demokratik dövlətlər prinsipi baxımından nə dərəcədə əsaslıdır sualına cavabda Mehman Əliyev deyir ki, əslində belə bir praktika var, demokratik dövlətlərdə də işlənilir:

“Hətta müharibə ilə də bağlı ola bilər deyək ki, hansısa fövqəladə vəziyyətlə də bağlı ola bilər, müəyyən dərəcədə başa düşüləndir. Bizdə bu hallar var idi. Yəni internetin bloklanması daxildə də, xarici saytlarla da bağlı informasiya axınları ilə bağlı problemlər var idi. İnformasiya çıxışı problemi var idi. Əlbəttə ki, hakimiyyət bunu onunla əsaslandırırdı ki, informasiya müharibəsi gedir. Qarşı tərəf hansısa bir çaşqınlıq yarada bilər. Müəyyən mənada insanlarda qeyri-obyektiv bir təsəvvür yarada bilər və s. Amma söhbət ondan getmir. Bilirsiniz, bu qısa müddətdə oldu. Əslində problem oldu, amma biz fəaliyyət göstərə bildik. Belə deyək, bizim üzərimizə senzura olmadı. Halbuki hərbi vəziyyət idi və senzura tətbiq olmuşdur. Şəxsən bizə təzyiq eləmədilər. Ancaq söhbət ondan gedir ki, əslində bloklanma prosesi həmişə Azərbaycanda olur. Bu, təkcə müharibə dövründə olmayıb. Məsələn, bu yaxınlarda Çətin sual verilişində biz trollarla bağlı mövzunu işıqlandırmaq istədik. Demək olar ki, bizə imkan vermədilər ki, biz o verilişi aparaq. Çox çətinliklə görünürdü ki, müdaxilələr var, təsirlər var. Problem ciddidir.”

Turan İnformasiya Agentliyinin direktoru Azərbaycanda yeni yaradılacaq media qanun layihəsi ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu layihə ölkədə medianın inkişafına mənfi təsir edəcək:

"Bu agentlik indidən bəyan edir, bunu təsis edənlər bəyan edirlər ki, bu agentlik azad medianın, azad sözün inkişafı ilə məşğul olmayacaq."

“Medianın inkişafına pis təsir göstərəcək. İndidən deyirəm nə üçün? Çünki həmin qanun layihəsi ictimaiyyətə təqdim olunmayıb. Jurnalistlərə təqdim olunmayıb. O qanun çox vacib qanundur. Burada dövlətin, ictimaiyyətin və jurnalistlərin maraqları var. Bu üç tərəfin maraqları burada uzlaşır. Bu, hamı üçün maraqlıdır, bu necə tənzimləyəcək münasibətləri. Ona görə də bu qanun layihəsi təqdim olunmalıdır. Dərc olunmalıdır və təklif verilməlidir, buyurun, bu qanun layihəsidir. Bu qanun layihəsi birgə işlənilməlidir. Təkliflər və müzakirələr olmalıdır. Bəyan edirlər ki, təkliflər gəlir, haradan gəlir, nəyə gəlir? Biz birinci dəfə 20 il bundan əvvəl "KİV haqqında" qanunu müzakirə edəndə ictimai müzakirələr gedirdi açıq şəkildə. İndi belə bir şey yoxddur. Əgər nəzərə alsaq ki, o qanuna onlar nə qədər düzəlişlər elədilər, sərtləşdirdilər. Bu gün də həmin o agentliyin yaranması məramnaməsini götürsək orada azad mətbuat, azad söz ifadələri tamamilə yoxdur. Bu agentlik indidən bəyan edir, bunu təsis edənlər bəyan edirlər ki, bu agentlik azad medianın, azad sözün inkişafı ilə məşğul olmayacaq. Mən belə hesab edirəm ki, həmin o media haqqında qanun məhdudlaşdırıcı qanun olacaq. Bunun da əsas məqsədi nədən ibarətdir, bura sosial şəbəkələri də istəyirlər qatsınlar .Qatsınlar jurnalistikaya. Yəni jurnalistika hara, sosial media hara, ictimai təşəbbüslər hara, bu başqa bir şeylərdir. Onların hamısını bir yerə qatmaq bir-birinə bağlamaq, mən hesab edirəm ki, bu, düzgün deyil.”

Azərbaycanın hakimiyyət təmsilçiləri ölkədə mətbuat azadlığının təmin olunduğunu bildirir. Müharibə dövrünün məhdudiyyətləri isə təhlükəsizliklə izah olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG