Accessibility links

Mərkəzi Bank uçot dərəcəsini azaldıb


Mərkəzi Bank (Kollaj-dollar-manat)
Mərkəzi Bank (Kollaj-dollar-manat)

İnflyasiya prosesləri proqnozları doğruldur, deyə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin uçot dərəcəsini 8,75%-dən 8,5%-dək azaltmaq barədə qərarında qeyd edilir.

2019-cu ilin aprel ayında 12 aylıq inflyasiya hədəf çərçivəsində olmaqla 3,1% təşkil edib.

"May ayında mövsümi amillərin təsiri ilə istehlak səbətində mühüm xüsusi çəkiyə malik ərzaq məhsulların ucuzlaşması müşahidə edilib," qərarda bildirilir.

Qərarda göstərilir ki, kənd təsərrüfatı məhsulları mövsümi xarakterli amillərin təsiri ilə qarşıdakı bir neçə ayda da ərzaq inflyasiyasına azaldıcı təsir edəcək.

"Proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın hədəf daxilində (4±2%) qalacağını göstərir," Azərbaycan Mərkəzi Bankı belə hesab edir.

Qısamüddətli dövrdə inflyasiya üzrə risklər balansı tarazlı qiymətləndirilir. Buraya əlverişli beynəlxalq konyunktur, profisitli tədiyə balansı, tarazlı valyuta bazarı, antiinflyasion xarakterli monetar şərait və mövsümi amillər aiddir.

Ortamüddətli perspektiv üzrə risklər balansı mürəkkəbləşməkdədir. Xarici sektor üzrə başlıca qeyri-müəyyənlik qlobal iqtisadi artım perspektivlərinin pisləşməsi, ticarət müharibələrinin yeni dalğası və geosiyasi gərginlik fonunda neftin qiymət dinamikası ilə bağlıdır.

"Neftin may ayından başlayan ucuzlaşmasının davamlı xarakter alması iqtisadi gözləntilərə neqativ təsir edə bilər. Digər xarici risk mənbəyi dünya ərzaq bazarlarında bahalaşmanın davam etməsi və potensial inflyasiya idxalıdır," Mərkəzi Bankın məlumatında deyilir.

Öz nöcvbəsində müstəqilçiqtisadçılar da Mərkəzi Bankın izahatı ilə razılaşır.

“Bu izahatla razıyam, dözgün təsbitdir,” iqtisad elmləri doktoru Qubad İbadoğlu Amerkanın Səsinə bildirib.

XS
SM
MD
LG