Accessibility links

Mərənd şəhərində ‘Azərbaycan Kuboku’ at yarışı keçiriləcək


Mərənd İdman və Gənclər İdarəsinin rəhbəri şəhərdə "Azərbaycan Kuboku" adlı uzun məsafəli (dözümlülük) at yarışının keçiriləcəyini bildirib.

İRNA xəbər agentliyinin məlumatına əsasən, Əmir Hüseyni Fəqihi çərşənbə günü Şərqi Azərbaycan vilayətində at yarışının koordinasiya iclasında bu yarışların 40, 60 və 80 km məsafələrində keçiriləcəyi haqqında məlumat verib. Həmin iclasda Şərqi Azərbaycan Atçılıq Heyətinin rəhbəri də iştirak edib.

Uzun məsafəli at yarışının ilk dəfə Mərənd şəhərində keçirilməsi diqqət çəkir.

Turnirin məqsədi atçılıq idman növünü inkişaf etdirmək və insanları bununla tanış etməkdir.

Fəqihi Mərənddə ilk dəfə təşkil edilən yarışların daha yaxşı keçməsi üçün əlaqəli bütün idarələrin əməkdaşlıq etməsini tələb edib.

Mərənd İdman və Gənclər İdarəsinin rəhbəri, "Azərbaycan Kuboku"-nun uzun məsafəli yarışların sentyabrın 13-də Mərənd bölgəsinin Köşksaray şəhərin Kövsər atçılıq klubununda keçiriləcəyini açıqlayıb.

“Turnirin məqsədi atçılıq idman növünü inkişaf etdirmək və insanları bununla tanış etməkdir,” Şərqi Azərbaycan vilayətinin atçılıq üzrə idarə heyətinin rəhbəri deyib.

Urmiyə şəhəri
Urmiyə şəhəri

O, həmçinin bu yarışları daha yaxşı keçirməklə digər milli yarışların Mərənddə keçirilməsinə şərait yaradılacağına ümidini ifadə edib.

Yarışda iştirak edən idmançılar üçün minimum yaş 14 və atlar üçün 5 olaraq müəyyən edlib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG