Accessibility links

"Məqsəd ədalətin ortaya çıxarılması deyil, ədalətin gizlədilməsidir"


"Məqsəd ədalətin ortaya çıxarılması deyil, ədalətin gizlədilməsidir"
please wait

No media source currently available

0:00 0:04:47 0:00

Oktyabrın 12-də Səbail rayon məhkəməsində ötən ilin noyabrında Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın qətlində günahlandırılan İlkin Süleymanovun şikayətinə baxılıb. Şikayət İ.Süleymanovun həbs edilmə tarixinin 4 gün fərqlə rəsmiləşdirilməsindən verilib. İyulun 29-da Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasa İ.Süleymanovun özünü də gətiriblər. 10-yaşlı Nərmin Quliyeva ötən ilin noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb. Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq N.Quliyevanın qətlində şübhəli bilinən 47-yaşlı İ.Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb. İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG