"Mən Vətən üçün döyüşmüşəm, ancaq Vətən mənim üçün heç nə eləmədi"
Veteran statusu ala bilməyən müharibə iştirakçısı: "Mən Vətən üçün döyüşmüşəm, ancaq Vətən mənim üçün heç nə eləmədi" Quba rayonu, Çartəpə kənd sakini Şükürov Baləli 1992-ci ildə Xocalıda baş verən hadisələrdən təsirlənərək, könüllü olaraq Qarabağ müharibəsinə yollanır. Müharibəyə qatılan Baləli bəy, bir neçə ay sonra yaralanaraq xəsarət alır və Respublika Hospitalına gətirilərək bir müddət orada müalicə alır. İllərdir atəşkəs imzalanaraq döyüşlərin dayandırılmasına baxmayaraq, Baləli Şükürov nə müharibədə iştirak etdiyini təsdiqləyən hərbi biletini, nə də veteran statusunu ala bilmir. Bugünkü gündə Baləli bəy dövlətin dəstəyindən, almalı olduğu yardımdan ümidini itirməkdə olduğunu bildirir.
Episodes
-
Noyabr 17, 2024
ABŞ-da seçilən prezident üçün keçid dövrü həftələrlə vaxt çəkir
-
Noyabr 15, 2024
"Arşın mal alan" Ankarada yenidən səhnələndi