Accessibility links

Məhkəmə İkram Rəhimovun həbs müddətini üç ilə endirdi, jurnalist etiraz edir


İkram Rəhimov
İkram Rəhimov

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə realliq.info saytının redaktoru İkram Rəhimovun həbs müddətinin 5,5 ildən 3 ilə endirilməsi barədə qərar qəbul etdiib.

Jurnalist məhkəmənin qərarına etiraz edib və yenidən ikinci dəfə aclığa başladığını bildirib.

Bu barədə Amerikanın Səsinə jurnalistin ailəsindən bildiriblər.

Realliq.info saytının redaktoru İkram Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib.

2019-cu il iyunun 12-də məhkəmə jurnalisti 5,5 il müddətinə azadlıqdan məhrum edib.


Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, İkram Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə `Realliq.info` və digər `reket` informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Məlumatda deyilir ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

2019-cu il iyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib.

Jurnalist həbsinin Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovla bağlı olduğunu deyib.

“Mən Əli Həsənovla bağlı tənqidi məqalə dərc etdikdən sonra Mətbuat Şurası mənimlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə və prokurorluğa müraciət etdi. Bu mətbuat tarixində görünməmiş bir hadisədir. Jurnalıistlərin təsis etdiyi təşkilat jurnalistin həbsini istəyir,” o qeyd edib.

Jurnalist İkram Rəhimov Azərbacyan prezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə həbs oldunduğunu bildirir.
Jurnalist İkram Rəhimov Azərbacyan prezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə həbs oldunduğunu bildirir.

Jurnalist həmçinin Avropa qurumları tərəfindən ayrılan qrantların və dövlətin medianın inkişafına ayırdığı vəsaitin hökumət məmuruna yaxın media qurumları arasında bölündüyünü deyib.

Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə hazırlıq iclası başlayıb. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı keçirilməsi, birinci instansiya məhkəməsinə verdikləri ifadələr saxtalaşdırıldığına görə şahid və zərərçəkmişlərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.

Vəkil həmçinin eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizasının təyin edilməsini xahiş edib. Amma vəsatətlər təmin edilməyib.

Etiraz əlaməti olaraq Rəhimov avqustun 7-də məhkəmə zalında aclığa başladığını bəyan edib. O sentyabrın 4-dək aclığı davam etdib.

ABŞ-da qərargahlanan Jurnalistləri Müdafiə Komitəsi (JMK) Azərbaycan hakimiyyətindən jurnalist İkram Rəhimovun təqibinə son qoymağı və onu həbsdən dərhal azad etməyi tələb edib.

XS
SM
MD
LG