Cümə axşamı müxalifət saytından biri İranda noyabr ayından bəri başlayan iğtişaşlar zamanı azı 631 adamın öldüyünü bildirib.
Ölənlərin sayı barədə məlumat Reuters agentliyininin hesablamalarına görə 1500 nəfər, Amnesty International-ın isə 300 nəfərdən çox olması ilə dəyişir. İran hakimiyyəti hər iki mənbəyin məlumnatını rədd edib.
"Gizli rəsmi bülletenə görə, iğtişaşlar zamanı azı 631 nəfər öldürülüb ... onların əksəriyyəti aztəminatlı insanlar olub," İranın islahatyönümlü Kəlimə saytı yazıb.
Noyabrın 15-də yüzlərlə gənc iranlı fəhlə yanacağın qiymətinin qalxmasına etiraz olaraq küçələrə çıxdı.
Etirazçılar getdikcə siyasiləşdi, etirazçılar yüksək vəzifəli şəxslərin şəkillərini yandırdı və din xadimlərinin istefasına çağırdı.
Londonda fəaliyyət göstərən Amnesty International İran rəsmilərinin xarici düşmənləri günahlandırdığı iğtişaşlar zamanı 300-dən çox insanın öldüyünü, minlərlə insanın həbs edildiyini bildirib.
Ölənlər barədə hələ də məlumat verməyən İran hakimiyyəti həm Amnesty International-ın, həm də Reuters-in məlumatlarını təkzib edib.
Dekabr ayında Tehran bəzi "qiyamçıların" təhlükəsizlik qüvvələri tərəfindən güllələndiyini demişdi. İranın ali dini rəhbəri Ayətulla Əli Xamenei ölkədəki iğtişaşların İranın düşmənləri tərəfindən hazırlandığını deyərək, bunu "çox təhlükəli sui-qəsd" kimi qiymətləndirdi.