Noyabrın 7-də Müsavat Partiyasının başqanının müşaviri Cahangir Əmirxanlı Gəncə şəhər Baş Polis İdarəsində iki saatadək saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Bu barədə Müsavat Partiyası məlumat yayıb.
“Polis rəisi mənə Müsavatın Partiyasının keçirmək istədiyi mitinq və digər məsələlərlə bağlı suallar verdi,” Əmirxanlı qeyd edib.
Bu gün həmçinin Müsavat Partiyası başqanının müşaviri Azər İsmayıl Sabirabad rayon Polis Şöbəsinə çağırılaraq mitinqlə bağlı sorğu-sual edilib.
Rəsmi qurumlar Müsavat Partiyasının fəallarının polisə çağırılması ilə bağlı hələ məlumat yaymayıb.
Müsavat Partiyası noyabrın 10-na mitinq təyin etmişdi. Bakı şəhər İcraH hakimiyyəti Müsavat Partiyasına mitinqi Lökbatan qəsəbəsində keçirməyi təklif edib. Müsavat bu qərarı qanunsuz sayıb və etiraz olaraq noyabrın 12-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirmək barədə qərar qəbul edib.