Accessibility links

Müsavat Partiyasının başqanı polis tərəfindən saxlanılıb


Arif Hacılı
Arif Hacılı

Noyabrın 12-də saat 13.30 radələrində Müsavat Partiyasının başqanı Arif Hacılı Bakının Binəqədi rayonunda, 8-ci mikrorayon ərazisində polis tərəfindən saxlanılıb.

Bu barədə Amerikanın Səsinə Arif Hacılının ailəsindən bildiriblər.

“O özü evə zəng etmişdi. Dedi ki, polis onun avtomobilini saxlayıb. Sonra onu avtomobildən düşürdülər və telefonunu əlindən aldılar. Bununla da telefon əlaqəsi kəsildi,” ailə üzvü Amerikanın Səsinə bildirib.

Rəsmi qurumlar Müsavat Partiyasının başqanının saxlanılması barədə hələ məlumat yaymayıb.

XS
SM
MD
LG