Accessibility links

Müsavat Partiyası piket keçirməyə cəhd edib


Müsavat Partiyası piket keçirməyə cəhd edib
please wait

No media source currently available

0:00 0:01:27 0:00

Noyabrın 12-də Müsavat Partiyasının fəalları Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq azadlığının təmin edilməsi tələbi ilə piket keçirməyə cəhd edib.

İcra hakimiyyətinin ətrafındakı küçələrdə çoxsaylı polis və mülki geyimli şəxslər keşik çəkir.

Aksiyadan öncə yüzdən çox partiya fəalı polis idarə və şöbələrinə çağırılaraq xərəbdarlıq edilib.

Müsavat Partiyasının məlumatına görə, bu gün partiyanın lideri Arif Hacılı da daxil olmaqla onlarla fəal polis şöbələrinə aparılıb.

Piketə cəhd zamanı isə `İçəri şəhər` metro stansiyasının qarşısında Müsavat Partiyasının başqanının müavinləri Fərəc Kərimli və Səxavət Soltanlı da daxil olmaqla ondan çox fəal polis tərəfindən saxlanılıb. Saxlanılanlar arasında basta.com saytının əməkdaşı Könül Alı də var.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Amerikanın Səsinə bildirib ki, bu gün ümumilikdə 40-dan çox partiya fəalı saxlanılıb.

“Bu gün partiyanın 12 fəalı evlərindən polisə aparılıb. Piket ərəfəsində və piket zamanı isə 30-dan çox fəal polis tərəfindən saxlanılıb. Saxlanılanlardan basta.com saytının əməkdaşı Könül Alı jurnalist olduğu üçün sərbəst buraxılıb,” o, Amerikanın Səsinə deyib.

XS
SM
MD
LG