Accessibility links

Ləziz Dünya Kuboku [Video]


Ləziz Dünya Kuboku
please wait
Embed

No media source currently available

0:00 0:02:24 0:00

Qoyun şorbasından qara kürü və dana dilindən delikateslərə qədər, bu ilki Dünya Kubokunun keçirildiyi Rusiya mətbəxi artıq bütün dünyada futbol tərəfdarları tərəfindən alqışlanır.

Bir ay öncə çempionat başlamazdan əvvəl Rusiya mətbəxi bir çox futbol azarkeşlərinə yad idi. Çuğundurlu borş şorbasından siyənək balığından salata, mayonezli yumurtadan yerli pelmenilərə qədər və əlbəttə ki, rus paytaxt salatı, bu yeməkləri dadaraq azarkeşlər ölkənin mətbəx mədəniyyəti ilə tanış olublar.

İngiltərədən olan azarkeş Deyvid Qreqori: “Biz bəzi ənənəvi rus xörəklərinin dadına baxdıq. Hisə verilmiş ət, lobya şorbası və buğda bişirilmiş qoyun əti.. bəs sən?

Digər İngiltərəli azarkeş Saymon Ceyms: “Mən hisə verilmiş lobya, toyuq qanadları, yerli şorba. Gözəl yeməklər, möhtəşəm mədəniyyət!”

Masa arxasında digər dostlara gəlincə..

Timati Banks, ingiltərəli azarkeş: “Mənim bütün yediklərim heç yadıma belə gəlmir. Qoyun əti və tərəvəzli şorba, elə idi? O həqiqətən çoox dadlı idi.”

Bu yemək festivalında braziliyalı bir qonaq xörəklərin ona evini xatırladığı üçün çox təəcübləndiyini söylədi.
“Mən kartof, ət, kök və soğanlı bir xörəyi daddım, maraqlısı odur ki, Braziliyada bizim eynilə buna bənzər xörəyimiz var. Burada Kazanın ənənəvi yeməyini dadmaqla mən özümü bir anlıq evdə hiss etdim.”

Bu masadan gülüş səsləri ucalır. Braziliya azarkeşləri rusiya mətbəxindən yeni dadları kəşf etdikləri üçün çox xoşbəxtdirlər. San Paolodan gələn Marsello Maqalhas gəmiyə bənzər Gürcüstan xaçapurisinin dadına baxdığını söyləyir.

Marsello Maqalhas, Braziliyadan azarkeş: “O üzərində pendir və yumurta sarısı olan çörək idi. Həqiqətən çox dadlı idi və mən yenidən sifariş verdim, və sonra dəfələrlə yenidən sifariş verdim."

Pivəyə də yüksək tələbat var idi. Bu bar meneceri öz müştərilərini təəcübləndirmək fikrinə gəlib və müştərilərə içkiləri ənənəvi olaraq rusların isti su və çay üçün istifadə etdikləri samovarda təqdim edib.

Bar meneceri Dan Alekseyev: “Bizim pivə samovarımız var. Lakin içərisinə biz ənənəvi olan kömür əvəzinə buz qoyuruq və pivəni soyuq içirik."

Çempionat sona çatdığı üçün yığmaların qalib olub-olmamasından asılı olmayaraq azarkeşlərin bir çoxu evlərinə yeni dadlar kəşf etmiş olaraq dönür. Bəlkə də, bir şüşə rus vodkası ilə də.

XS
SM
MD
LG