Accessibility links

3.2 milyon il əvvəl yaşayan insan [Video]


3.2 milyon il əvvəl yaşayan insan
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Lüsi adlı insan skeletinin tapılmasından 40 il keçir. Arxeoloqların “Afarensis” nəslinə aid olduğu dediyi bu skelet XX əsrin ən nadir tapıntılarındandır.

Təbiət muzeyinə gələn insanlar eksponatın müasir eramızdan çox-çox uzaq olduğunu düşünə bilər. Lakin məşhur Lüsi skeletini aşkar edən Don Yohanson bu sümüklərdə əsrlərdən gələn mesajın olduğunu deyir. “Gözlərimizin, dərimizin, saçlarımızın rəngindən, həyat tərzimiz və mədəniyyətimizdən asılı olmayaraq, hamımız eyni genləri daşıyırıq. Bizi keçmişimiz birləşdirir.”

İlk insanın Afrikadan gəldiyini 40 il əvvəl tapılan skelet büsbütün təsdiq etdi.

“XX əsrin böyük hissəsində bəşəriyyətin Avropadan başlandığına və Avrosentrik görünüşə malik olduğuna inanılırdı. Lakin indi alimlərin əlində hələ 1800-cü illərin ortalarında Darvinin dediyi kimi, insanın Afrikada əmələ gəldiyinə dair sübut var.” deyə, Yohanson bildirir.

Lüsi skeleti Efiopiyada tapılanda, 1974-cü il idi. Tapılan zaman 3.2 milyon yaşlı skelet insanların ən qədim əcdadı idi.

Ümumi oxşarlıqdan əlavə Lüsi bizim meymunlar ailəsi ilə bağlılığımıza işarə idi. “Uzun illər bundan əvvəl tapılmasına baxmayaraq, Lüsi hələ də bizə başlanğıcımızı, köklərimizi, meymundan insana keçid mərhələsini öyrənmək üçün vacib mənbədir.”

Yohanson Lüsinin boyunun 1 metrdən bir qədər hündür olduğunu, üzünün meymuna bənzədiyini, beyninin isə kiçik olduğunu deyir. O, deyir ki, Lüsinin uzun qolları və gödək ayaqları olub. Ən əsası isə o, insan kimi, iki ayağı üstə gəzib.

Lakin siz Lüsidə insana dair cizgilər görə bilərsiniz. Alimlər bu yaxınlarda aşkar ediblər ki, australo-piteklər primitiv daş alətlərdən istifadə ediblər. Bundan həmçinin şimpanzelər və oranqutanlar istifadə edir. Görünüyü ki, bəşəriyyət uzun yol qət edib.

XS
SM
MD
LG