Londonda Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı təkrar referendum keçirilməsi tələbi ilə nümayiş keçirilir.
Nümayişdə 100 minlərlə adam iştirak edir.
Britaniyalılar martın 23-ü səhərdən başlayaraq parlamentdən “Brexit”in ləğvi tələbi ilə 4 milyon imza toplayıb.
London meri Tvitterdə, nümayişçilər arasında video görüntüsünü də yayıb.
Avropa İttifaqı liderləri bu günlərdə “Brexit”in 2 mümkün ssenari ilə təxirə salınması barədə razılığa gəlib.
Britaniyanın baş naziri Tereza Mey Brüssel sammitində edilən bu təklifi qəbul edib və İcmalar Palatasını bu razılaşmanı qəbul etməyə, bununla “qeyri-müəyyənlik”dövrününü aradan qaldırılmasına çağırıb.
Avropa İttifaqı liderləri uzun danışıqlardan sonra qərara gəliblər ki, əgər Britaniya parlamenti gələn həftə bundn əvvəl 2 dəfə rədd etdiyi razılaşmanın layihəsini qəbul etsə, “Brexit” mayın 22-dək təxirə salınsın.
Əgər İcmalar palatası onu 3-cü dəfə rədd etsə, Britaniya hakimiyyəti aprelin 12-dək növbəti addımlar barədə məlumat verməlidir.
Tereza Mey Avropa İttifaqı liderlərindən “Brexit”in iyunun 30-a keçirilməsini xahiş etsə də, bu, hüququ problemlərə görə qəbul olunmayıb.