London Olimpiadasında ilk dəfə olaraq bir sıra ölkələrin formaları dünyanın aparıcı dizaynerləri tərəfindən hazırlanıb. Corcio Armani, Prada, Salvatore Ferraqamo, Hermes, Stella Makkartni kimi moda dünyasının tanınmış dizaynerləri və moda evləri rəsmi formalar və idmançıların yarışlarda geyimlərini dizayn edib. Azərbaycan komandasının İtaliyanın Ermanno Scervino moda evi tərəfindən hazırlanmış forması rəğbətlə qarşılanıb.