Accessibility links

Londonda minlərlə insan Avropa yürüşü keçirib


Londonda "Avropa yürüşü"
Londonda "Avropa yürüşü"

Londonda minlərlə Avropa İttifaqı tərəfdarı Brexit referendumunun nəticələrinə etiraz olaraq yürüş keçirib.

Hayd parkdan Parlament meydanına qədər üz kilometr uzanan yürüşün iştirakçıları Britaniya qanunvericilərinin 28 üzvü olan bloku tərk etmək istiqamətində hər hansı bir addımın qarşısını ala biləcəyinə ümid bəslədiklərini deyiblər.

İyunun 23-də Britaniya əhalisinin 52 faizi ölkənin Avropa İttifaqından çıxmasına səs verib.

İnsanların çoxu ikinci dəfə referendumun keçirilməsinə çağıraraq, "çıxmaq" kampaniyasını aparanların insanları aldatdığını və referendumda istədikləri nəticəni aldıqdan sonra verdikləri vədlər və öhdəlikləri unutduqlarını bildirir.

Bir çoxları referendumun nəticələrindən sonra ölkədə siyasi rəhbərliyin omlaması ilə bağlı narazılığını ifadə edir. Baş nazir Deyvid Kameron istefa verib və onun Mühafizəkarlar partiyasında növbəti liderin kim olacağı məsələsi ətrafında çəkişmələr gedir.

O biri tərəfdən, Leyboristlər partiyasından qanunvericilərin əksəriyyəti partiyanın lideri Ceremi Korbinin istefa verməsini istəyir.

Mühafizəkarlar partiyasının keçmiş lideri və bir neçə qanunverici Baş nazir Deyvid Kameronu əvəz etmək üçün Britaniya qanunvericisi Andrea Leadsona dəstək bildirib.

XS
SM
MD
LG