Accessibility links

Çiyələk yığan robotlat


Çiyələk yığan robotlar
please wait

No media source currently available

0:00 0:01:56 0:00

Çiyələk yığan robotlar

Birləşmiş Ştatlarda demək olar ki, bütün çiyələklər Kaliforniyada yetişdirilir. Buradakı aqrorobotlar giləmeyvələri lazımi vaxtda yığmağa yardım edir.

Huan Bravo çiyələkləri yumşaq bir şəkildə yığa bilən robot yaradıb. Sensorlar və kameralardan istifadə edərək, o, hər bir giləmeyvənin yetişdiyini yoxlayır və robotun proqramlaşdırılmış qolunun hərəkəti ilə bitkinin az yetişmiş meyvəsini zədələmədən gövdəni kəsir. Huan Bravo: "Onlar aşağıdan yuxarıya doğru yetişir, ona görə də çiyələyin digər hissəsi yaşıl qalarkən ucu qırmızı olur və o, yuxarı qalxır. Buna görə də səthin hansı hissəsinin qırmızı rəngdə olduğunu və hələ də qalan hissəsinin yaşıl olduğunu müəyyən edirik. Adətən təxminən 90% qırmızı və 10% yaşıl olmlıdır. Bu, məhsul yığımı üçün gözəl vaxtdır."

Orta hesabla robot hər 10 saniyədə bir giləmeyvə kəsir. Üç gün ərzində maşın səkkiz hektar çiyələk yığa bilir. Huan Bravo: "Biz çiyələyin səthinə toxunmaq istəmirik, heç vaxt, ona görə də səthə toxunmasaq, onu çirkləndirməyəcəyik, kif ola bilər, virus ola bilər, nə olursa olsun, çiyələyə toxunmuruq."

Avtomatlaşdırılmış məhsul yığımı zamanı kollardan zərərvericilər giləmeyvələrə zərər vermədən və ya pestisidlərdən istifadə etmədən Agrobot-un Bug Vakumu ilə sovurulur.

Regionun yerli meyvə-tərəvəz istehsalı üzrə meneceri Mat Konroy deyir ki, robotlar nə isinir, nə də yorulur və onlar insanların işini əllərindən almır."Good Farms"ın meneceri Mat Konroy: "Sənaye olaraq bizdə insan çatışmazlığı problemi var. Bu, hər il təxminən 15-20 faizdir və daha çox insana ehtiyacım olur. Məsələ insanları sıxışdırıb çıxarmaq deyil. Bu, işləri yerinə yetirmək üçün kifayət qədər insanın olmadığı yerədə boşluqları doldurmaq məsələsidir."

Konroy deyir ki, o, digər məhsulların da yığılmasına yardım edəcək aqrorobotları səbirsizliklə gözləyir.

Forum

XS
SM
MD
LG