Accessibility links

Ləşkəri-İslam qrupu Bin-Ladenin aşkar edilməsinə yardım edən həkimlə əlaqəsi olmadığını deyir


Pakistandakı Ləşkəri-İslam yaraqlı qrupu Birləşmiş Ştatlara Üsamə Bin-Ladenin yerini deyən həkimlə heç bir əlaqəsi olmadığını bildirib. Ləşkəri-İslam qrupunun üzvləri doktor Şakil Afridini İslamın düşməni adlandıraraq deyiblər ki, imkan olarsa özləri onu cəzalandıracaqlar.

Ölkənin şimal-qərbindəki Xeybər region məhkəməsinin çərşənbə günü açıqladığı sənəddə Afridinin bölgədəki yaraqlı qrupa yardım etdiyi deyilir. Sənəddə doktor Afridinin Ləşkəri-İslam qrupunun komandirləri ilə görüşdüyü və onları tibbi və maliyyə yardımı ilə təmin etdiyi bildirilir.

Keçən həftə məhkəmə Afridini qarşı 33 il müddətinə həbs cəzasına məhkum edib. Doktor Afridi Bin Laden və onun ailə üzvlərinin DNT nümunələrini əldə etmək üçün saxta feyvənd kampaniyası aparmaqla, ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinə onu yerinin aşkar edilməsinə yardım etməkdə ittiham edilir.




XS
SM
MD
LG