Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanın yarı-hərbi dəstəsinin lideri general Xəlifə Həftarı atəşkəs razılığını pozmaqda ittiham edir. Ərdoğan Liviyanın Milli Birlik hökümətini dəstəkləmək üçün oraya Türkiyə qüvvələrini göndərsə də, belə görünür o, gücə deyil, diplomatiyaya üstünlük verir.
"Həftar atəşkəsə razılaşdığını dedi, amma iki gün sonra Tripoli hava limanını bombaladı. Biz ona necə etimad edə bilərik?" - Ərdoğan cümə günü İstanbulda Almaniya kansleri Angela Merkellə görüşü zamanı sual edib.
Həftarın qüvvələti Liivyada BMT-nin tanıdığı Milli Birlik hökümətinə qarşı müharibə edənləri dəstəkləyir.
Merkel bazar günü Berlində Liviyadakı vətəndaş müharibəsinə həll yolu tapmaq məqsədilə beynəlxalq sammit keçirib. Ərdoğanın da iştirak etiyi toplantıda münaqişəyə son qoymaq məqsədilə 55 səhifəlik yol xəritəsi hazırlanıb.
Ərdoğan mətbuat konfransı zamanı Merkeli Həftarın Berlin razılığını imzaladığını təsdiqləməyə çağırıb. Merkel isə onun şifahi razılıq verdiyi söyləyib və rəsmilərin onun imzasını gözlədiklərini deyib.
Sərraca dəstək
Berlin razılığında Liviyaya beynəlxalq silah embraqosunun davam edəcəyi vurğulansa da, Türkiyə prezidenti Milli Birlik hökümətinin baş naziri Faiz əl-Sərracı dəstəkləməyə davam edəcəyini bildirib.
"Biz onlara hərbi heyət göndərmişik və göndərməyə davam edirik. Biz Sərracı yalnız buraxmayacağıq. Biz bacardığımız qədər ona dəstək verəcəyik", Ərdoğan deyib.
"Bizim əsgərlərimiz orada Milli Birlik hökümətinin qüvvələrinə təlimlər keçir. Bizim 500 illik tariximiz var. Milli Birlik höküməti bizi dəvət edib, ona görə də bizim haqqımız var" - o, əlavə edib.
Lakin Ərdoğan mətbuat konfransı zamanı bir neçə dəfə qüvvələrin Liviyada olmağının yeganə məqsədinin təlim keçmək olduğunu deyib.
Türkiyənin müdafiə naziri Hulusi Akar bu həftənin əvvəli Liviyaya təlim üçün qoşun göndərməyin vacibliyini vurğulayıb. Liviyadakı Türkiyə qüvvələrinin sayının çox az olduğu deyilir.
Bu isə Ərdoğanın bu yaxınlardakı sərt ritorikası ilə üst-üstə düşmür. Türkiyə prezidenti ötən həftə parlamentə Liviyaya əsgərlərin göndəriləcəyini açıqlayarkən Anrakanın Həftərin qüvvələri hücumaları davam etdirdiyi təqdirdə ona “dərs verməkədn” çəkinməyəcəyini demişdi.