Liviyanın sabiq prezidenti Müəmmar Qəzzafinin nəzarəti altında olan məntəqələrdən birinin sakinləri NATO və müvəqqəti hökumət qüvvələrinin hücumundan sonra ərazini tərk etməli olub. Şahidlər NATO hərbi təyyarələr ərazi üzərindən uçarkən Bəni Valid şəhərindən onlarla maşının çıxdığını demişlər. Röyters xəbər agentliyi isə Qəzzafiyə sadiq qüvvələrin məntəqədəki mövqeləri tərk etməsindən sonra mülki vətəndaşların şəhəri tərk edə bildiyi haqda xəbər verib.
NATO eləcə də bildirib ki, bu gün səhər hərbi təyyarələrin hücumu nəticəsində Sirtə şəhəri yaxınlığında Qəzzafi qüvvələrinə məxsus bir radar sistemi, səkkiz ədəd yer-hava tipli raketi, beş ədəd raket daşıyıcı və bir neçə silahlı maşın sıradan çıxarılıb.
.