Accessibility links

Liviyada iki Türkiyə əsgəri öldürülüb


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyada döyüşlərdə iki türk əsgərinin həlak olduğunu bildirib və rəsmi Ankaranın Suriyadakı müxalif qüvvələrin döyüşçülərinin Şimali Afrika ölkəsinə göndərmək qərarını müdafiə edib.

Ərdoğan bu açıqlamaları ötən ilin aprel ayından bəri Liviyadakı döyüşlərdə 16 türk əsgərin öldürüldüyünə dair məlumatlardan sonra verib. Tükiyə lideri bu xəbərlərə münasibət bildirməyib. danışmamışdı.

Tripolidə BMT-nin dəstəklədiyi Liviya hökumətinə dəstək verən Türkiyə apreldə Liviya paytaxtını ələ keçirmək üçün hücuma başlayan komandir Xəlifə Həftarın rəhbərliyindəki qüvvələrə qarşı döyüşmək üçün Türkiyənin hərbi təlimçilərini və Suriya döyüşçülərini ora göndərib.

Ərdoğan şənbə günü Liviyada "bir neçə türk əsgərinin" öldürüldüyünü qeyd etsə də, onların sayını açıqlamayıb. Bu isə hökumətin Liviyadakı hərbi itkiləri açıqlamadığını iddia edən Türkiyə müxalifətini qəzəbləndirib.

Həftar qüvvələrinin mobilizasiyasına rəhbərlik edən Xalid Əl-Mahcub aprel ayından bəri döyüşçülərinin Tripolidə və ətrafındakı qarşıdurmalarda azı 16 Türkiyə əsgərini öldürdüyünü iddia edib.

Həftar qüvvələri həmçinin fevralda Tripoli limanına silah yükləməyə hazırlaşan bir gəmini hədəf alan artilleriya hücumunda bir türk zabitinin, bir kəşfiyyatçının və suriyalı tərcüməsinin öldürüldüyünü bildirib.

Suriya müxalifət qüvvələri Ankaranın Suriyadakı müxtəlif əməliyyatlarında Türkiyə qüvvələri ilə birlikdə döyüşüblər.

“Onlar Suriyada bizimlədir. Suriyada bizimlə olan bu qardaşlarımız orada (Liviyada) da bizimlə olmağı şərəf hesab edirlər ” - deyə, Ərdoğan qeyd edib.

Birləşmiş Ərəb Əmirlikləri və Misirlə yanaşı Fransa və Rusiya da Həftar qüvvələrini dəstəkləyir. Liviyanın qərbində yalnız kiçik bir ərazini idarə edən Tripoli administrasiyası hərbi yardım üçün daha çox Türkiyəyə güvənir.

XS
SM
MD
LG