Liviya üsyançıları hökumətin gücləndirilmiş qüvvələrinin ağır hücumları altında ölkənin qərbindəki digər bir neft limanını da tərk etməli olub.
Bu, Müəmmar Qəzzafini devirmək istəyən müxalifət hərəkatının digər bir geriyə addımıdır. Dünən Breqa şəhərindən qaçan üsyançılar müxalifətin nəzarətində olan Acdabiyə şəhərinə istiqamət alıb. Liviya dövlət telekanalı bəyan edib ki, Breqa “silahlı dəstələr”dən azad olunub, ancaq bu məlumat başqa mənbələr tərəfindən təsdiq olunmayıb. Son günlər cənab Qəzzafinin qüvvələri müxalif qüvvələrin istehkamlarına qarşı hücumları gücləndirərək üsyançıların əlində olan Ras Lanuf və Bin Cəvvad şəhərlərini ələ keçiriblər.