Accessibility links

Liviya lideri mübarizəyə hazır olduğunu deyib


Liviya lideri mübarizəyə hazır olduğunu deyib
Liviya lideri mübarizəyə hazır olduğunu deyib

Liviya lideri Müəmmər Qəzzafinin üsyançılar və beynəlxalq qüvvələr üzərində qələbə çalacağına söz verməsindən bir neçə saat sonra bu gün səhər paytaxt Tripolidə partlayış və hərbi təyyarələrə açılan atəş səsləri eşidilib. Həftə ərzində ilk çıxışını edən cənab Qəzzafi Tripolidəki tərəfdaşlarına müddətindən asılı olmayaraq, ölkəsinin mübarizəyə hazır olduğunu deyib. Liviyanın dövlət televiziyası Müəmmar Qəzzafinin kütlə qarşısında çıxışını canlı nümayiş etdirdiyini bildirib. Cənab Qəzzafi çıxışında beynəlxalq qüvvələrin onun ordusuna hücumunun İslama qarşı xaç yürüşü olduğunu deyib. Beynəlxalq qüvvələr isə Qəzzafiyə sadiq orduya qarşı hava hücumlarını davam etdirir.

XS
SM
MD
LG