Liviyanın səhiyyə rəsmilərinin bildridiynə görə, paytaxt Tripolinin cənub bölgəsindəki xəstəxana atəşə məruz qalıb. 4 həkim və 1 sanitar öldürülüb.
Səhiyyə Nazirliyinin sözçüsü Mələk Merset deyib ki, hücum Zavya rayonunda həyata keçirilib. Rəsmilər hücumun kim tərəfindən törədildiyini deməyib.
BMT tərəfindən dəstəklənən hökümət qüvvələri ilə ölkənin şərqindəki Liviya Milli Ordusu arasında qarşıdurma davam edir.
Liviya Milli Ordusunun rəhbəri Xəlifə Həftar şəhəri ələ keçirmək üçün davamlı hücumlara keçir.
Hifterin qüvvəsi Misir, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Fransadan yardım alır.
BMT-nin Təhlükəsizlik Şurası təcili olaraq döyüşlərin dayandırılması və atəşkəs elan edilməsinə çağırır.
2011-ci ildə diktator Müəmmar Qəzzafinin devrilməsindən və öldürülməsindən sonra Liviya iqtisadi böhran və xaos içərisindədir.