Accessibility links

Liviya baş naziri: Xalq tələb etsə, indi istefaya gedərəm


Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumətinin baş naziri bildirib ki, xalqın tələbi olsa, o, istefaya gedə bilər.

Baş nazir Abdulla Əl-Tinni televiziya ilə yayımlanan müsahibəsində izləyicilərdən daxil olan suallar qarşısında sərt tənqidlərlə üzləşib. Tamaşaçılar hökuməti xidmət sahəsindəki boşluqlara görə ittiham edib. Baş nazir bildirib ki, əgər ictimaiyyət istədiyi həll onun istefasıdırsa, o, elə bazar günü də istefaya gedə bilər. Hökumət sözçüsü Reuters xəbər agentliyinə cənab Tinninin şərhlərinin rəsmi istefa olmadığını bildirib.

Bununla yanaşı, Liviyada rəqib fraksiyalar dünən Cenevrədə yeni raund sülh danışıqlarına başlayıb. BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Bernadino Leon tərəfləri bu ayın sonunadək milli birlik hökumətinin təşkilinə çağırıb.

"Liviya hazırda daha dərin xaos və ölkənin bölünməsi ilə üzləşir. Ona görə ümid edirəm ki, Liviyadakı bütün tərəflər bu ssenaridən çıxmağa çalışacaq və onlar danışıqları genişləndirərək yaxın günlərdə razılığa gələcəklər".

Leon deyib ki, razılığın qarşıdakı 3 həftə ərzində əldə oluna biləcəyinə dair ən yaxşı işarə bütün tərəflərin Cenevrədə keçirilən sülh danışıqlarında iştirakıdır.

Keçən ay Liviya siyasi liderləri BMT-nin sponsorluq etdiyi səlahiyyətlərin bölüşdürülməsinə dair razılaşmaya imza atıb. Ancaq ötən il Tripoliyə nəzarəti ələ keçirən islamçılar sazişdə iştirak etməyib.

XS
SM
MD
LG