Accessibility links

Livanda bomba partlayışı


Şahidlərin bildirdiyinə görə, Livanın paytaxtının cənub bölgəsində avtomobilə yüklənmiş bomba kafelərdən biri yaxınlığında partlayaraq, avtomobilin sürücüsü və təhlükəsizlik işçisi həyatını itirib, 19 nəfər isə yaralanıb.

Associated Press xəbər agentliyinin jurnalisti xəbər verib ki, partlayış gecə yarısı Beyrut şəhəri yaxınlığında azərkeşlərin Dünya Futbol Çempionatını izləmək üçün kafeyə yığışdığı vaxt baş verib.

Şahidlərdən biri partlayışın ətrafdakı binalara və avtomobillərə ziyan vurduğunu deyib.

Bu, regionda son günlər baş vermiş ikinci bomba partlayışıdır. Hadisələrin Suriyada davam edən vətandaş müharibəsi və İraqın qərbində getdikçə artan Əl-Qaidə militanlarının işğalı ilə əlaqəli olduğu güman edilir.

Sünni yaraqlılar şiə ərazilərində baş verən son hücumlardan məsuliyyəti üzərinə götürüb. Militanlar bomba hücumlarının şiə Livan Hizbullah döyüşçülərinin Suriyadakı vətəndaş müharibəsində prezident Bəşər Əl-Əsədin tərəfdarlarına hərbi dəstək göstərdiklərinə görə cəzalandırmaq məqsədi ilə etdiklərini bildirib.

Livan Suriya münaqişəsində sünnilər üsyançıları, şiələr isə hökuməti dəstəklədikləri üçün ikiyə ayrılıb.
XS
SM
MD
LG