İyulun 4-də gecə saatlarında Bakının Xocahəsən qəsəbəsində yerləşən “Lider Cola” şirkətinə məxsus istehsalat fabrikində partlayış baş verib.
İlkin məlumata görə, içkilərə vurulan karbon qazının toplandığı dprd tonluq çəndə baş verən partlayış nəticəsində şirkətin istehsal binası dağılıb, eləcə də yaxınlıqdakı evlərə ziyan dəyib. Yerli sakinlər bildirib ki, 3 ev zədələnib. Partlayışın dalğası bir neçə yüz metrədək məsafədə olan yaşayış sahələsinin daş hasarlarını da uçurub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, parlayışdan sonra yanğın baş verməyib və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.