Accessibility links

Liviyanın Polis Təlim Mərkəzinə bomba hücumu olub


Rəsmilər və yerli xəbər agentliklərinin bildirdiyinə görə, Liviyanın qərb bölgəsindəki Polis Təlim Mərkəzində yük maşınına yerləşdirilmiş bomba partlayışı azı 50 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub.

Bomba polis sıralarına yeni cəlb olunan yüzlərlə gəncin Zlitan şəhərindəki mərkəzə toplaşdığı vaxt işə düşüb. Xəbərlərdə ölənlərin sayının 50 nəfərə yaxın olduğu deyilsə də, Reuters xəbər agentliyi xəstəxana mənbələrinə əsasən ölənlərin sayının 65-ə çatdığını bildirib. Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

BMT-nin Liviyaya Dəstək Missiyasının başçısı Martin Kobler özünün Twitter səhifəsində bombanın intiharçı tərəfindən həyata keçirildiyini yazıb.

Liviya iki yerə bölünərək, Tripolidəki İslamçı administrasiya və Tobruka qaçan beynəlxalq səviyyədə tanınan parlament tərəfindən idarə olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG