BMT və dünyanın lider ölkələri Liviyada münaqişə tərəflərini hakimiyyəti paylaşmaq planını və dörd ilə yaxındır davam edən döyüş, terrorism və siyasi böhrana son qoymağa çağırıb.
Berlində BMT diplomatlarının və yüksək səviyyəli rəsmilərin görüşü zamanı sülh təklifinin planı hazırlanıb. Liviya rəsmiləri rəqib qüvvələrin ciddi addımlar atmasının vacbliyini bildirib.
Liviya üsyançıları əvvəllər BMT xüsusi elçisinin sülh razılaşması barədə təklifini bir neçə dəfə rədd etmişdi.
Liviyanın siyasi qeyri-sabitliyi miqrant böhrana yol açıb.
Avropaya miqrantları daşıyan insan qaçaqmalçıları ilə mübarizədə Liviya hökumətinin kifayət qədər dəstək göstərmədiyi bildirilir.
2011-ci ildə sabiq lider Müəmmar Qəzzafi hakimiyyətdən devrilərək öldürülməsindən sonra ölkədə xaos yaşanır.
İslamçı ekstremistlər ölkənin paytaxtı Tripolini keçən il ələ keçirərək beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökuməti şərqə qaçmağa vadar edib.