Bu gün Liviya paytaxtında yeni partlayışların baş verdiyi bildirilir. Tripolidə olan jurnalistlər altı dəfə partlayış səslərinin eşidildiyini deyirlər. Bu partlayış Müəmmar Qəzzafinin istinadgahının yaxınlığında və paytaxtın digər yerlərində NATO-nun intensiv hücumlarından bir gün sonraya təsadüf edib. Rusiya dünən NATO tərəfindən həyata keçirilən bombardmanlara reaksiya verərək, Tripoliyə edilən hava hücumlarının BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinin pozulması olduğunu bildirib. Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, hücumlar Qəzzafi tərəfdarları ilə üsyançılar arasında nifaqı aradan qaldırmır, əksinə vəziyyəti daha da gərginləşdirir.