Accessibility links

Li Litsenberger:​ Sanksiya məsələsində Azərbaycanla əməkdaşlığımızdan çox məmnunuq


ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger

ABŞ səfiri Rusiya və İrana sərt sankiyalar, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşündən danışıb

“Biz Azərbaycan dövləti ilə strateji əməkdaşlığımızı və tərəfdaşlığımızı çox yüksək dəyərləndiririk. O cümlədən sanksiya məsələsində də Azərbaycan hökuməti ilə bu vaxta qədər əməkdaşlığımızdan çox məmnunuq.”

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger ​Amerikanın Səsinin Amerikanın kəskin sanksiyaları dövründə Azərbaycanın İran və Rusiya ilə münasibətləri barədə sualının cavabında deyib.

Li Litsenberger:​ Sanksiya məsələsində Azərbaycanla əməkdaşlığımızdan çox məmnunuq
please wait

No media source currently available

0:00 0:01:39 0:00

Səfir həmçinin ötən həftə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtondakı görüşünə də münasibət bildirib.

“Dağlıq Qarabağ məsələsinin həll edilməsi ilə bağlı bizim ölkənin ev sahibliyi etdiyi danışıqlarda Ermənistan və Azərbaycan xarici işlər nazirləri iştirak edib. Biz bu danışlqlara ev sahibliyi etməkdən məmnunuq və burada məqsəd münaqişənin danışıqlar yolu ilə həll edilməsinin davam etdirilməsinə köməklik göstərməkdir və biz çox şadıq kı, hər iki ölkənin xarici işlər nazirləri növbəti danışıqların keçirilməsi ilə bağlı razılığa gəliblər," o qeyd edib.

XS
SM
MD
LG