Accessibility links

LGBT icmasının üzvləri Mayk Pensə qarşı etiraz aksiyası keçirib


Çərşənbə günü böyük bir izdiham Merilendin Çevi Çeys məhəlləsində növbəti vitse-prezident Mayk Pensə etiraz etmək məqsədilə böyük rəqs təşkil edib.

Tədbir Donald Trampın inaqurasiyası ərəfəsində baş tutacaq etirazlar çərçivəsində WERK for Peace və DisruptJ20 qrupları tərəfindən təşkil olunub.

Təşkilatçı Firas Nasr onların Pensin LGBT haqları ilə bağlı siyasətinə etiraz etdiklərini deyib.

Sadiq mühafizəkar olan Pens həmcinslilərin nikahının və geylərin açıq şəkildə hərbidə xidmət göstərmələrinin əleyhinə mübarizə aparıb.

2015-ci ildə İndiana qubernatoru olaraq, Pens ştatda Dini Azadlığın Bərpası Aktını imzalayıb. Qanunun əleyhdarları onun LGBT icmasının üzvlərinə qarşı diskriminasiya etdiyini idda edir.

Reuters xəbər agentliyi növbəti prezident Donald Trampın seçki kampaniyası zamanı LGBT icmasını qəbul etdiyini dediyi barədə məlumat verib.

Etiraz zamanı evdə olmayan Pens cümə günü vəzifəsinin icrasına başlayandan sonra Birləşmiş Ştatların Donanma Rəsədxanasındakı rəsmi iqamətgahına yerləşəcək.

XS
SM
MD
LG