Accessibility links

Vəkil Leyla Yunusla yenə görüşə bilməyib


Leyla Yunus
Leyla Yunus

Vəkil Penitensiar Xidmətin hərəkətlərini qanunsuz hesab edir

Hüquq müdafiəçisi Leyla Yunusun vəkili Elçin Qəmbərov sentyabrın 23-də müvəkkili ilə görüşə nail ola bilməyib.

“Leyla Yunusla görüşmək üçün Kürdəxanı istintaq təcridxanasına gəldim, amma təcridxana nümayəndəsi dedi ki, Leyla Yunus xəstədir və vəkillə görüşə bilməz”, deyə Qəmbərov Turan agentliyinə bildirib.

“Belə olan halda onun bu barədə yazılı olaraq xəbər göndərməsini xahiş etdim. Mənə onun xətti ilə yazılmış məktub gətirdilər”.

Məktubda deyilirdi: “Xəstələnmişəm, hərəkət edə bilmirəm. Azadla (Azad İsazadə - red.) danışmağa imkan vermədilər. Çətin ki, nə isə görüm”, deyə vəkil bildirib.

Daha sonra Qəmbərov izahat üçün istintaq təcridxanasının rəisi Azər Seyidova müraciət edib.

“Dedim ki, o xəstədirsə, səhiyyə hissəsinə köçürülməlidir. Seyidov mənim yanımda selektorla səhiyyə hissəsinin həkiminə zəng etdi və Yunusun vəziyyəti ilə maraqlandı, buna cavabda onun tamamilə sağlam olduğunu dedilər”, vəkil bildirib.

Elçin Qəmbərov Penitensiar Xidmətin hərəkətlərini qanunsuz hesab edir, o, bu məsələ ilə bağlı bəyanat yaymaq niyyətindədir.

Xatırladaq ki, sentyabrın 22-də də vəkillərə Yunusla görüşməyə icazə verməyiblər. Bununla əlaqədar olaraq onun vəkilləri – Xalid Bağırov, Fariz Namazlı, Cavad Cavadov və Əlaif Həsənov birgə bəyanatla çıxış edərək, dövlət orqanlarından dərhal müdaxilə edilməsini və vəkillərə L.Yunusla görüşə icazə verilməsini tələb ediblər.

XS
SM
MD
LG