Sülh və Demokratiya İnstitutunun direktoru, tanınmış hüquq müdafiəçisi Leyla Yunus barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.
Vəkil Cavad Cavadov bildirib ki, Nəsimi rayon Məhkəməsi Leyla Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçib.
Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), onun həyat yoldaşı tarixçi alim Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri ilə ittiham lunur.
Leyla və Arif Yunuslar ittihamı absurd xarakterli və sifariş hesab edir.