Accessibility links

Leyla və Arif Yunuslar kassasiya şikayəti verib


Leyla Yunus və Arif Yunus (foto Meydan TV)
Leyla Yunus və Arif Yunus (foto Meydan TV)

Leyla və Arif Yunuslar barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 9 dekabr 2015-ci il tarixli apellyasiya şikayətinə yekun baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti verdik. Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

Vəkil bildirir ki, Leyla və Arif Yunuslar əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilib və məhkum edilib.

“Kassasiya şikayətində bu qanunsuzluq ətraflı əsalandırılaraq cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi və xüsusi müsadirənin ləğv edilməsi tələb edilib”, Sadıqov yazıb.

Leylavə Arif Yunuslar 2014-cü ilin iyul-avqust aylarında həbs edilib.

Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq - külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma - külli miqdarda törədildikdə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə təqsirləndirilib.

2015-ci ilin avqustunda Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Arif Yunus barəsində 7 il müddətində azadlıqdan məhrumetmə cəzası 5 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub. Arif Yunus səhhətində yaranan problemlərə görə 2015-ci il noyabrın 12-də başqa yerə getməmək barədə iltizam alınaraq azadlığa buraxılıb.

Həmçinin 2015-ci il dekabrın 9-da Leyla Yunusun barəsindəki həbs-qətimkan tədbirinin CM-in 70-ci maddəsi tətbiq olunmaqla dəyişdirilməsi barədə qərar qəbul edilib. Ona verilən cəza müddəti 5 il şərti təyin olunaraq məhkəmə zalından azadllığa buraxılıb.

XS
SM
MD
LG