Accessibility links

Leyla və Arif Yunusların apellyasiya şikayəti üzrə ilkin baxış başlayıb [Video]


Leyla və Ariv Yunuslar
Leyla və Ariv Yunuslar

Yunuslar ağrılardan əziyyət çəkir

Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə Leyla və Arif Yunusların apellyasiya şikayəti üzrə ilkin baxış iclası başlayıb. Məhkəməni çoxsaylı xarici diplomatik missiyaların nümayəndələri izləyib.

Leyla və Arif Yunusların apellyasiya şikayəti üzrə ilkin baxış başlayıb
please wait

No media source currently available

0:00 0:03:38 0:00

Bakı Ağır Cinayətlər Məhkəməsi avqustun 13-də Leyla Yunusa 8,5 il, Arif Yunusa 7 il həbs kəsib. Leyla və Arif Yunus 2014-cü ilin iyulunda həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Yunuslara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Yunuslar ittihamları qəbul etmir və siyasi sifariş adlandırır. Leyla və Arif Yunus Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib.

Bugünki iclasda Leyla və Arif Yunus məhkəmə zalında şüşə kabinədə (akvarium) oturdulub. Zalda 15-dən 20-dək məhkəmə nəzarətçisi var.

Yunusların hər ikisinin üzündən ağrılardan əziyyət çəkdikləri açıq hiss edilir. Arif Yunus əllərini başının arxa hissəsinə sıxaraq ağrıdan gözlərini yumur. Hakimin “məhkəmə heyətinə etirazınız varmı?” – sualına Arif Yunus, - “mən özümü pis hiss edirəm. Məhkəmədə nədən danışıldılğını belə bilmirəm“, cavabını verib.

Leyla Yunus məhkəmə zalına əlindəki çəliyə dirənərək gətirilir, gözlərində qızartı var. O, zalda oturanlara müraciət edərək bildirib ki, telefon danışıqlarına və görüşlərinə qadağa qoyulub, səhhəti pisdir.

“Səhiyyə Nazirliyinin əməkdaşı İftixar Qurbanov və Ədliyyə Nazirliyinin əməkdaşı Murad Məmmədov mənim görüşlərimə və telefon danışılarıma qadağa qoyub. Məni bu vəziyyətə gətiriblər”, o qeyd edib.

Məhkəmə heyəti təqdim edilən zaman Leyla Yunus zərəçəkmişin nümayəndəsi kimi tanınan Şöhrət Allahmanova etiraz edib.

“Bu işdə zərəçəkən yoxdur. Rəna Səfərəliyeva və digərləri məhkəmədə zərər çəkmədiklərini bildirib. Zərər çəkmiş yoxdursa, onun nümayəndəsi burada olmamalıdır”, Leyla Yunus sədrlik edənə bildirib.

Bu zaman hakim vəsatəti baxılmamış saxlayıb və növbəti iclasda bununla bağlı yazılı vəsatət verilməsinin lazımlığını diqqətə çatdırıb.

Leyla və Arif Yunuslar rus dilində tərcüməçi ilə təmin olunub. Yunuslara məhkəmə sənədlərinin rus dilinə tərcümə olunmuş variantı bu gün məkəmə zalında təqdim olunub. Hakim Yunusların sənədlərlə tanış olması üçün məhkəmənin ilkin baxış iclasını oktyabrın 15-i saat 15-dək təxirə salıb.

XS
SM
MD
LG