Accessibility links

Leyla Mustafayeva: Əfqan Muxtarlı azadlığa buraxılmalıdır


Leyla Mustafyeva: Əfqan Muxtarlı azadlığa buraxılmalıdır
please wait

No media source currently available

0:00 0:04:36 0:00

ATƏT-in "Cənubi Qafqazda dəyişən şəraitdə media azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilm’si" mövzusunda 16-cı illik media-konfransı çərçivəsində Tbilisidə səfərdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva Amerikanın Səsinə müsahibə verib.

Leyla Mustafayeva həyat yoldaşının səhhətindən narahatdır.

O, müsahibəsində Əfqan Muxtarlının haqsız olaraq həbsdə saxlanıldığını deyir. Mustafayeva hesab edir ki, jurnalist azadlığa buraxılmalıdır.

Leyla Mustafayeva ilə müsahibəni təqdim edirik:

Amerikanın Səsi: Əfqan Muxtarlının səhhəti necədir?

Leyla Mustafayeva: Aclıq aksiyasına başlayandan sonra üç gün su və yemək qəbul eləməmişdi. Dərmanlarını belə qəbul etməkdən imtina etmişdi. Ondan sonra artıq səhhətində problem yarandığına görə bu aksiyanı dayandırmaq məcburiyyətində qaldı. Problem onunla bağlı idi ki, gözündə artıq ağrılar yaranmağa başlamışdı. Aksiyanı dayandırandan sonra orada müayinə olunub. Müayinənin nəticəsi bizə gəlib çatmayıb. Bizə təqdim olunmayıb. Yəni rəsmi olaraq orada nə yazıldığını bilmirik. Amma ondan sonra danışmışdıq. Özünü qismən yaxşı hiss elədiyini demişdi.

Amerikanın Səsi: Leyla xanım, Əfqan Muxtarlının səhhəti ilə bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə beynəlxalq təşkilatlara və ya Azərbaycan hökümətinə müraciət olunubmu və ya müraciət hazırlanacaqmı?

Leyla Mustafayeva: Səhhəti yox, əslində onun azadlığa buraxılması əsas məsələdir. Düzdür, ən çox problem yaradan onun sağlamlığıdır. Amma mən istəməzdim ki, bu məsələ onun sadəcə sağlamlığı ilə çərçivələnsin. O, ümumilikdə haqsız olaraq həbs olunub. O, azadlığa buraxılmalıdır.

Amerikanın Səsi: Yerli və beynəlxalq təşkilatların dəstəyini necə qiymətləndirərdiniz. Sizcə bu dəstək yetərincədirmi?

Leyla Mustafayeva: İndiyə qədər azadlığa buraxılması ilə bağlı digər siyasi məhbuslara da dəstəklər olub. Yəni Əfqanın özünə də göstərilib bu dəstək. Amma belə təcrübələr olub, hətta beynəlxalq dəstəyin güclü olduğu keyslər (işlər-red) də var. Məsələn, İlqar Məmmədovun keysi. Hətta bununla bağlı məhkəmə qərarları var idi. Amma məsələ burasındadır ki, onun azadlığa buraxılması hökumətin iradə ortaya qoyması ilə bağlı olacaq. Hökumət qərar verəcək ki, onu artıq azadlığa buraxmaq lazımdır. Məncə, qərar onda olacaq. Əlbəttə, beynəlxalq kampaniyaların da təsiri olur. Aclıq aksiyası başlayan vaxt biz dəstəkləri hiss etməyə başladıq. Dünən tədbirdə, çıxışda Sərhədsiz Reportyorların nümayəndəsi qeyd elədi ki, sağlamlığı ilə bağlı o, azadlığa buraxılmalıdır. Əgər buraxılmasa, bu kampaniya davam edəcək. Hətta Magnitski Aktının Azərbaycanda hüquq pozuntusuna yol verən məmurlara tətbiq olunması ilə bağlı kampaniyaya başlayacaq. Mən hesab edirəm ki, bunun nəticələri Azərbaycan üçün heç də yaxşı olmayacaq. Ümid edirəm ki, məsələ bu dərəcəyə qədər çatmaz.

Amerikanın Səsi: Azərbaycan hökumətinə və ictimaiyyətinə bir sözünüz varmı?

Leyla Mustafayeva: Problemləri yaradan cəmiyyət deyil. Problemləri yaradan hakimiyyətdir. Jurnalistlərə olan təzyiqlərə son qoyulmalıdır. Həbsdəki jurnalistləri azadlığa buraxsınlar. Mediaya olan təzyiqlər aradan qaldırılmalıdır ki, jurnalistlər sərbəst fəaliyyət göstərsinlər. Onlara qarşı qaldırılan cinayət işlərinə xitam verilməlidir. İllərlə davm etdirilən təzyiqlər artıq dayandırılmalıdır.

Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidən gizlincə Azərbaycana göndərilərək həbs edildiyini bildirib. Sonradan məhkəmə onu qaçaqmalçılıq və sərhədçiyə qarşı güc tətbiq etmək ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edib.

Amnesty İnternational təşkilatı Əfqan Muxtarlını "vicdan məhbusu" kimi tanıyıb.

Bakıdakı rəsmi qurumlar onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

XS
SM
MD
LG