Accessibility links

Lavrov ABŞ-ın kəşfiyyat məlumatları ilə bölüşülməsi xəbərinə istehza ilə münasibət bildirib


Rusiyanın xarici işlər naziri ABŞ-ın prezident Trampın Rusiyaya kəşfiyyat məlumatları ilə bölüşməsi xəbərinə istehza ilə münasibət bildirib. Məlumatda Trampın məlumatları ötən həftə Ağ Evdə Rusiya xarici işlər naziri və səfiri ilə keçirilən görüş zamanı bölüşdüyü və prezidentin labtopların təyyarələrdəki terror təhlükəsindən bəhs etdiyi bildirilir.

Lavrov deyib ki, Amerikanın Yaxın Şərqdən labtopları təyyarəyə keçirməyə qadağan etməsindən iki ay sonra hansı məxfi məlumatdan söz gedə bilər?

Nazir ABŞ mediasını Sovet İttifaqı dövründəki kommunist qəzetləri ilə müqayisə edərək, onların real xəbər yaymadığını deyib.

Donald Trampın milli təhlükəsizlik müşaviri deyib ki, prezidentin ötən həftə keçirilən görüş zamanı Rusiya səfiri və xarici işlər naziri ilə həssas kəşfiyyat məlumatlar bölüşməsi “tamamilə məqbul” idi. O bu sözləri hər iki partiyanın hadisə ilə bağlı tənqidlər səsləndirməsindən sonra deyib.

Milli Təhlükəsizlik müşaviri H.R Makmaster Trampın bu məlumatları ruslarla bölüşdüyünü etiraf etsə də, məlumatların böyük əhəmiyyət daşımadığını bildirib.

Trampın və onun müşavirlərinin Rusiya ilə əlaqələrinin təhqiq edilməsi üçün xüsusi komissiyanın yaradılmasına çağıran qanunvericilərin sayı getdikcə artır.

XS
SM
MD
LG