Accessibility links

Con Kerri və Sergey Lavrov Parisdə danışıqlar aparıb


ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Parisdə Ukraynadakı vəziyyətlə bağlı danışıqlar keçirib. Rusiya səfirliyində keçirilən görüş cümə günü ABŞ prezidenti Barak Obamanın Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətindən sonra təşkil edilib.

Son günlər Rusiyanın Ukrayna sərhədlərinə qoşun, tanklar və hərbi gəmilər yerləşdirməsi narahatlıqlara yol açıb. Lakin Sergey Lavrov Rusiyanın Ukrayna ərazisinə keçmək niyyətində olmadığını bildirib.

Rusiyanın xarici işlər naziri deyib ki, milyonlarla rusdilli əhalinin yaşadığı Ukraynada sabitliyin bərqərar edilməsinin yeganə yolu regional hökumətlərə muxtariyyət verilməsindədir.

Kerri prezident Obamanın səfərdə olduğu Səudiyyə Ərəbistanından Vaşinqtona yola düşmüşdü. Lakin Lavrovun bəyanatından sonra ABŞ dövlət katibi marşrutunu dəyişməli olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG